Aktyor Ziya Ağa filmə dəvət alarkən yaşadığı hadisəni bölüşüb.
O, bu barədə “Kəşfət” proqramına açıqlamasında danışıb.
Aktyor bildirib ki, filmdə rol almaq üçün xeyli hazırlaşsa da, qonorarla bağlı razılıq əldə olunmayıb:
“Adını çəkməyəcəyəm. Tanınmış rejissor məni filmə çağırdı, əl sıxışdıq. Müəyyən çəki atdım. Filmdə arıqlamaq lazım idi. Saçımı, saqqalımı uzatdım. Dedi ki, lazım olsa, qonorarımdan verəcəyəm, amma sən burada oynamalısan. Dedim, əla.
Məsələ gəldi pula. Filmin prodüseri də dostumdur. Zəng etdi ki, məbləğ budur. Razılaşmadım. Dedim, büdcəni anlayıram, amma məbləği artıraq. Cəmi 4 min artırsaydı, razılaşacaqdım. Rejissor maraqlanmadı. Özü kifayət qədər qonorar alırdı, onun 4 minini kəsib mənə verə bilərdi.
Nəticədə başqa aktyor çəkildi, halallıq verdim. Rejissor isə özünə Cip aldı. Sevinirəm ki, həmin filmdə olmamışam”. (Axşam.az)