Neftçalada traktor 13 yaşlı velosipedçini vuraraq öldürüb

Neftçala rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə oktyabrın 22-də Neftçala-Salyan avtomobil yolunun rayonun Həsənabad qəsəbəsindən keçən hissəsində qeydə alınıb.

Həsənov Fərhad Kamil oğlunun idarə etdiyi traktor velosipedlə hərəkətdə olan 2013-cü il təvəllüdlü Əsədli İbrahim Amil oğlunu vurub. Nəticədə azyaşlı aldığı xəsarətlərdən ölüb.

Faktla bağlı Neftçala Rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə cinayət işi başlanılıb, istintaq aparılır.