ABŞ Ukrayna üçün yeni “sülh planı” üzərində işləyir. Müzakirə olunan təkliflərə əsasən, Donbasda demilitarizasiya zonası yaradıla, Ukrayna isə NATO-ya üzv olmaq istəyindən imtina edə bilər.
Bu barədə “The Economist” Ukrayna rəsmilərinə istinadla məlumat yayıb.
Qeyd edilib ki, bunun müqabilində Ukraynaya investisiyalar və Avropa İttifaqına üzvlük perspektivi təklif oluna bilər. Rusiya isə plan çərçivəsində sanksiyaların yumşaldılmasına, Qərblə münasibətlərin bərpasına və ABŞ ilə genişmiqyaslı iqtisadi sazişlərin bağlanmasına ümid edə bilər.
Bundan əlavə, plan Avropaya Rusiya qazının tədarükünün bərpasını və “Şimal Axını” qaz kəmərinin yenidən işə salınmasını nəzərdə tutur.