Xəstəxanaya yerləşdirilən Azərbaycanın Milli Qəhrəmanı 54 yaşlı Ehtiram Əliyevin vəziyyəti açıqlanıb.
Bu barədə Oxu.Az-ın sorğusuna "Yeni Klinika"dan bildirilib.
Qeyd olunub ki, o, oktyabrın 18-də, saat 13:40-da "Yeni Klinika"nın Reanimasiya şöbəsinə yerləşdirilib.
"Hazırda pasiyentin müalicəsi davam etdirilir, vəziyyəti kritik ağır qiymətləndirilir", - deyə cavabda bildirilir.