ABŞ və İsrail yeni zərbəyə hazırlaşır

ABŞ və İsrail noyabr ayındakı aralıq seçkilərdən sonra İrana mümkün yeni hücumlara hazırlaşır və nüvə obyektlərini, raket sistemlərini və potensial olaraq enerji infrastrukturunu hədəf alacaq.

Bu barədə “Nyu York Tayms” məlumat yayıb.

“Lakin Tramp dəfələrlə hərbi əməliyyatları təxirə salıb və yekun qərar verilməyib. İran Körfəzdəki neft obyektlərinə və rəqəmsal infrastruktura hücumlar da daxil olmaqla, daha geniş qisas tədbirləri barədə xəbərdarlıq edib”, - məlumatda bildirilib.