ABŞ və İsrailin noyabrın 3-də keçiriləcək aralıq seçkilərdən sonra İrana qarşı hərbi əməliyyatları bərpa etmək planı hazırladığı iddia olunur.
“The New York Times”a istinadən, bu barədə mümkün hərbi əməliyyatlarla bağlı müzakirələrdən xəbərdar mənbələr bildiriblər.
Plan qısa, lakin intensiv əməliyyatı nəzərdə tutur. Potensial hədəflər arasında İranın nüvə obyektləri, enerji infrastrukturu, raket və pilotsuz uçuş aparatları anbarları var. Kolanq-Qaz-La dağının altındakı şübhəli yeraltı nüvə obyekti də mümkün hədəf kimi göstərilir.
Nəşrin məlumatına görə, ABŞ İranın neft emalı zavodlarına zərbələrdən yayınmağa çalışır. Buna səbəb belə hücumların benzin qiymətlərini artıracağı ilə bağlı narahatlıqlardır.
Bununla belə, Ağ Ev hərbi əməliyyatların bərpası ilə bağlı yekun qərar verməyib. NYT yeni hücumun əvvəlki əməliyyatlardan daha böyük nəticələr verəcəyinə də şübhə ilə yanaşır. Əvvəlki zərbələr qlobal enerji qiymətlərinin və inflyasiyanın artmasına, eləcə də ABŞ-ın raket əleyhinə müdafiə ehtiyatlarının azalmasına səbəb olmuşdu.