ABŞ və İsrail İrana yenidən zərbələr endirəcək?

Yaxın Şərqdə hərbi qarşıdurmanın yenidən genişlənə biləcəyi ilə bağlı narahatlıqlar artıb. Buna səbəb ABŞ-nin Səudiyyə Ərəbistanı, Qətər, İordaniya və Bəhreyndəki diplomatik missiyasında çalışan əməkdaşlarına ailə üzvləri ilə birlikdə bu ölkələri tərk etməsi ilə bağlı verilən tapşırıqlardır. Vaşinqton bu addımı Yəməndəki İran dəstəkli husilərin Səudiyyə Ərəbistanında hava limanları və digər mühüm infrastruktura hücumları fonunda təhlükəsizlik riskləri ilə əsaslandırıb. Eyni zamanda, İranın Hörmüz boğazı yaxınlığındakı Hörmüzqan vilayətinin Sirik bölgəsində bir neçə partlayış səsinin eşidildiyi barədə məlumatlar yayılıb.