Məhkəmə “Real”ın Göbbelslə müqayisə edilməsini araşdıracaq

Ali İdman Şurası (CSD) İdman İnzibati Tribunalından (TAD) La Liqa prezidenti Xavyer Tebasın “Real Madrid” haqqındakı şərhlərini qiymətləndirməsini istəyib.

AS-ın məlumatına görə, Tebas cəzalandırıla bilər.

Xatırladaq ki, ötən həftə Tebas “”Real”ın televiziyasının metodlarını nasist Almaniyasının təbliğat naziri Jozef Göbbelsin istifadə etdiyi təbliğat mexanizmləri ilə müqayisə etmişdi.

Bəyanatında CSD TAD-dan La Liqa prezidentinin idmanda ləyaqətə və ya şərəfə xələl gətirən ictimai hərəkətlərlə bağlı maddələri pozub-pozmadığını qiymətləndirməsini xahiş edir. CSD vurğulayır ki, “idman qurumlarının idmanı hörmət, birgəyaşayış və ədalətli oyun məkanına çevirən dəyərləri qoruması vacibdir”.