La Liqanın prezidenti Xavyer Tebas “Real Madrid”lə münaqişəsi barədə yenidən danışıb.
64 yaşlı funksioner əvvəllər “Real”ın klub televiziyası haqqında belə demişdi:
“Bu, Göbbelsin təbliğat texnikalarını xatırladır: sistematik təkrarlama, düşmən obrazı yaratmaq. Klub həmişə qurban kimi görünməlidir”.
Madrid La Liqa prezidentinin istefasını tələb etmişdi. Tebas üzr istəmədi .
– Mediada “Real Madrid”in strategiyasını Jozef Göbbelsin Nasist Almaniyasında istifadə etdiyi strategiya ilə müqayisə etdiyinizə görə peşmansınız?
-Mən sadəcə olaraq digərlərinin – ispan siyasətçilərinin və digər ölkələrin xadimlərinin – ictimai debatlarda dedikləri ilə eyni fikri söylədim. Jurnalistlər də dedilər. Hətta Josep Borrell (Avropa Komissiyasının keçmiş vitse-prezidenti) də oxşar müqayisə aparıb.
Mən də sadəcə eyni şeyi etdim. Başqa heç nə. Əlbəttə ki, heç kimi nasist adlandırmadım. Bu, sırf ünsiyyət strategiyası idi. Bunun üçün niyə məsuliyyət daşıdığımı başa düşmürəm.
– Çox irəli getdiyinizi düşünmürsünüz?
-Bu cür ünsiyyətin uyğun olub-olmadığını müzakirə edə bilərik. Vəssalam. Mən öz tərəfimdən bu termini yalnız ünsiyyət formasını təsvir etmək üçün istifadə edirəm.
– Sizcə, bunun üçün Ali İdman Şurasının sizə qarşı sanksiyalar tətbiq etməsi riski varmı?
-Bilmirəm… Mənə bu, eşidilməmiş bir şey kimi gəlir. Deməli, bizim “birinci dərəcəli” və “ikinci dərəcəli” vətəndaşlarımız var? Deməli, qəzet redaktorları belə müqayisələr apara bilər, amma La Liqa prezidenti edə bilməz? Bu, sadəcə inanılmaz olardı, bəs onda nə olsun…
– La Liqa prezidenti vəzifənizdən uzaqlaşdırıla biləcəyinizdən qorxursunuz?
-Qulaq asın, məni vəzifəmdən uzaqlaşdırmağa və ya sanksiyalar tətbiq etməyə neçə dəfə cəhd etdiklərini saymağı dayandırmışam. Düşünmürəm ki, bu mümkündür. Söhbət məsələnin mahiyyətindən deyil, ünsiyyət tərzindən gedir.