Avstriya dörd Rusiya diplomatını "arzuolunmaz şəxs" elan edib. Bu barədə "Reuters" məlumat yayıb.
Bildirilib ki, Avstriya casusluqda şübhəli bilinən dörd rusiyalı diplomatı ölkədən çıxarır. Xarici işlər naziri Beate Meinl-Reisinger onların dərhal ölkəni tərk etmələrini tələb edib.
Qeyd olunub ki, rusiyalı diplomatlar bir müddət Avstriya kəşfiyyat xidmətləri tərəfindən izlənilib.