Tramp Putinin qurbanına çevrilib, Zelenski isə...

ABŞ Prezidenti Donald Tramp Ukraynanı kapitulyasiyaya məcbur etməyə çalışmır, əksinə, Rusiyanın uğurlu informasiya əməliyyatının qurbanına çevrilib.

Bu barədə “Ekonomist” nəşri mənbələrə istinadla məlumat yayıb.

“Aralıq seçkilər ərəfəsində reytinqlərinin kəskin aşağı düşməsi Trampı təşvişə salıb. Ukrayna Prezidenti Vladimir Zelenski isə onun üçün əlverişli günah keçisidir. Trampın nümayəndələri Stiv Uitkoff və Cared Kuşner Putinin motivlərini millətçiliklə deyil, iqtisadi və ərazi maraqları ilə əlaqələndirməklə səhvə yol verirlər. Bu isə onları Rusiyanın manipulyasiyalarına qarşı həssas edir. Tramp dəhşətli vəziyyət yaradır, lakin o, eyni zamanda səfehlərdən də asılıdır”, - mənbə bildirib.