Yardımlı Rayon İcra Hakimiyyətinin başçısı Orxan Fərmayıl oğlu Məmmədov oktyabrın 23-də rayon ictimaiyyətinin nümayəndələrinin iştirakı ilə kollektivə təqdim olunub.
Təqdimatı Prezidentin köməkçisi – Prezident Administrasiyasının Ərazi-təşkilat məsələləri şöbəsinin müdiri Zeynal Nağdəliyev edib.
Zeynal Nağdəliyev təqdimat zamanı çıxış edərək dövlət başçısının tapşırıq və tövsiyələrini çatdırıb.
Orxan Məmmədov ona göstərilən etimada görə minnətdarlığını ifadə edib