Almaniyada 80 yaşlı şəxsin hüceyrələri 60 il cavanlaşdırıldı

Almaniya alimləri insan hüceyrələrinin gənclik vəziyyətinə necə qayıtdığını ətraflı şəkildə öyrənmək məqsədilə gəncləşmə prosesini 100 gündən çox müddətə uzatmağın yolunu kəşf ediblər. Tədqiqat zamanı mütəxəssislər 80 yaşlı şəxsin qan hüceyrələrini bioloji yaşı 20-dən az olan insanların yaşına uyğun gələn sinir kök hüceyrələrinə çeviriblər.