Süni intellekt mürəkkəb xəstəliklərin diaqnostikasında həkimləri üstələdi

“Microsoft” tədqiqatçılarının hazırladığı süni intellekt sistemi mürəkkəb tibbi halların diaqnostikasında ümumi praktik həkimlərdən iki dəfədən çox yüksək nəticə göstərib.

“Science” jurnalında dərc olunan araşdırmada 300-dən çox çətin tibbi hadisə qiymətləndirilib.

Sistem xəstəyə veriləcək sualları, fiziki müayinələri və analizləri mərhələli şəkildə müəyyənləşdirir.

İndi texnologiyanın təcili yardım şöbələrində xəstələrin ilkin qiymətləndirilməsində istifadəsi araşdırılır.