Gündə cəmi bir alma yemək həzmə, ürəyin sağlamlığına və ümumi əhvala müsbət təsir göstərə bilər.
“Terra” nəşrinə istinadla, dietoloq Durval Ribas Filyo məşhur meyvənin müntəzəm istehlakı zamanı orqanizmdə hansı dəyişikliklərin baş verə biləcəyini izah edib.
Mütəxəssisin sözlərinə görə, almada bağırsaqların normal fəaliyyətinə kömək edən və toxluq hissini daha uzun müddət qoruyan liflər var. Bu xüsusiyyətinə görə alma çəkisinə nəzarət edən insanların qida rasionuna faydalı əlavə ola bilər.
Bundan əlavə, almanın tərkibindəki antioksidantlar hüceyrələri zədələnmədən qorumağa və ürək-damar sisteminin sağlamlığını dəstəkləməyə kömək edir. Həkim meyvənin tərkibindəki qida maddələrinin immunitet, kollagen istehsalı və toxumaların bərpası prosesləri üçün də faydalı olduğunu qeyd edib.
Dietoloq almaları təzə və ya sobada bişirilmiş halda yeməyi tövsiyə edib, çünki bu formalarda meyvə qida liflərini qoruyub saxlayır. Onun fikrincə, alma şirəsi daha az faydalıdır.