Bakıda binada uçqun

Bakının Nərimanov rayonu, Nazim Hacıyev küçəsində uçqun baş verib.

Sfera.az bildirir ki, bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən bildirilib.

Qeyd olunub ki, məlumatla əlaqədar dərhal əraziyə FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri cəlb olunublar:

"Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən, yaşayış olmayan dördmərtəbəli binanın bir hissəsində mənzillərin tavanının çökdüyü müəyyən edilib.

Hadisə nəticəsində xəsarət alan olmayıb. Xilasedicilər tərəfindən ərazidə müvafiq təhlükəsizlik tədbirləri görülüb".