Bakıda binada uçqun

Bakı şəhəri, Nərimanov rayonunda yerləşən binada uçqun baş verib

Hadisə bu gün saat 17:40-da Nazim Hacıyev küçəsində qeydə alınıb.

Əraziyə FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri cəlb olunublar:

"Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən, yaşayış olmayan dördmərtəbəli binanın bir hissəsində mənzillərin tavanının çökdüyü müəyyən edilib.

Hadisə nəticəsində xəsarət alan olmayıb. Xilasedicilər tərəfindən ərazidə müvafiq təhlükəsizlik tədbirləri görülüb".

Instagram paylaşımıinstagram.com/reel/Dezb4R_Bxd5/