Amerikalı milyarder İlon Mask Ukraynanın siyasi və iqtisadi elitasının ölkəyə ayrılan Qərb yardımları hesabına varlandığını iddia edib.
O, bu barədə “X” sosial şəbəkəsində paylaşım edib.
Maskın sözlərinə görə, Ukraynada elita ilə adi vətəndaşların maraqları arasında ciddi fərq mövcuddur.
“Əslində, Ukraynada elita ilə xalqın maraqları arasında böyük uçurum var. Elita ölkəyə daxil olan yüz milyardlarla dollar hesabına xeyli varlanıb, sadə insanların övladları isə səngərlərdə həlak olmaq üçün orduya çağırılır”, – deyə o bildirib.
Mask iddialarını təsdiqləyən konkret sübutlar təqdim etməyib.