Bəzi insanlarda COVID-19 infeksiyasından bir ildən çox vaxt keçməsinə baxmayaraq, dadbilmə qabiliyyətinin niyə tam bərpa olunmadığına dair yeni məlumatlar əldə edilib.
Xarici mediaya istinadən, alimlər uzunmüddətli dadbilmə pozğunluğu yaşayan şəxslərin dad reseptorlarını araşdırıblar.
Nəticədə dad hüceyrələrində molekulyar dəyişikliklər müəyyən olunub. Tədqiqatçılar bu dəyişikliklərin infeksiyadan sonra davam edən simptomlarla əlaqəli ola biləcəyini düşünürlər.
Kəşf gələcəkdə dadbilmə pozğunluqlarının müalicəsi üçün yeni istiqamətlər aça bilər