Tovuz sakini silahdan açılan atəş nəticəsində ölüb

Hadisə rayonun Aşağı Quşçu kəndində qeydə alınıb.

1970-ci il təvəllüdlü Elman Hüseynovun yaşadığı evdə silahdan açılan atəş nəticəsində meyiti aşkarlarıb. Mərhumun cansız bədənini ilk olaraq yaxınları tapıb. Hadisə yerinə polis və prokurorluq orqanı əməkdaşları cəlb olunub.

Faktla bağlı Tovuz rayon prokurorluğunda araşdırma başlanılıb.