96 yaşlı amerikalı qadın "TikTok" ulduzu oldu: Ayda 10 min dollardan çox qazanır - Video

ABŞ-də yaşayan 96 yaşlı Lillian Droniak "TikTok" platformasında 15 milyon izləyici toplayaraq məşhurlaşıb. Təqaüdçü qadın gündəlik həyatı, görüşləri və rəfiqələri ilə əyləncələri barədə videolar paylaşır, münasibətlərlə bağlı məsləhətlər verir. Onun sosial şəbəkədəki populyarlığı Konnektikut ştatındakı qocalar evində aylıq 10 min dollardan çox olan yaşayış xərcini özü ödəməsinə imkan yaradır.