Quterreş Aleşkidə atəşkəs razılaşmasını alqışlayıb

BMT-nin baş katibi Antonio Quterreş Aleşki şəhərində atəşkəs barədə razılaşmanın əldə olunmasını müsbət qiymətləndirib.

Bu barədə BMT baş katibinin rəsmi nümayəndəsi Stefan Düjarrikin bəyanatında bildirilib.

Düjarrikin sözlərinə görə, Quterreş razılaşmanın əldə olunmasına töhfə verən bütün tərəflərin səylərini yüksək qiymətləndirir.