İranın İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) amerikalı hərbçilər gəmiləri Hörmüz boğazından müşayiət etməyə davam edərsə, Yaxın Şərqdəki ABŞ bazalarına zərbələr endirməklə hədələyib.
Xarici mediaya istinadən, bu barədə SEPAH-ın bəyanatında bildirilib.
"ABŞ hərbçiləri anlamalıdırlar ki, əgər bu tendensiya davam edərsə, münaqişə onların regiondakı bazalarını da əhatə edəcək", - qeyd olunub.