Anasını qətlə yetirən şəxsə HÖKM OXUNDU

Abşeronda oğurluqda və anasını qətlə yetirməkdə təqsirləndirilən Allahverən Əhmədovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Sumqayıt Ağır Cinayətlər Məhkəməsində hakim Tariyel Quliyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Hökmə əsasən, Allahverən Əhmədov 13 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. O, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkəcək.

İttihama görə, Allahverən Əhmədov anası Afət Əhmədovaya atəş açaraq onu qətlə yetirib.

O, həmçinin oğurluqda ittiham edilib.

Ona Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə), 177.2.3-cü (yaşayış sahəsinə, binaya, anbara və ya başqa saxlanc yerinə qanunsuz daxil olmaqla oğurluq), 177.2.4-cü (xeyli miqdarda ziyan vurmaqla oğurluq) və 228.1-ci (qanunsuz olaraq silah və döyüş sursatı əldə etmə, saxlama, daşıma və gəzdirmə və digər əməllər) maddələri ilə ittiham irəli sürülüb. (Apa.az)