Uitkoff Putinlə görüşündə nələri qeyd edib? - Əl yazısı ortaya çıxdı – FOTO

Jurnalistlər ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoffun Rusiya Prezidenti Vladimir Putinlə Sankt-Peterburqda görüşü zamanı əl yazısı ilə yazılmış qeydin fotosunu çəkiblər.

Şəkil “Financial Times” qəzetində dərc olunub.

Qismən oxunaqlı mətnə əsasən, amerikalı elçi Ukrayna danışıqları və gələcək razılaşmaların perspektivləri ilə bağlı bir neçə müzakirə mövzusu hazırlayıb.

Qeyddə aşağıdakı məqamların əks olunduğu görünür:

"Üçtərəfli danışıqlar üçün təşəkkür edirəm", "Avropalılarla görüşdüm", "Dünən müəyyən irəliləyiş hiss etdim", " Bu uğuru davam etdirməliyik", " Üçtərəfli formata diqqət yetirməq lazımdır", "Bu razılaşma".

Qeydlər ingilis dilindədir və bəzi sözlər tam olaraq seçilmir. Buna görə də, təqdim olunan sözlər sənədin mətninin sözbəsöz təsdiqi deyil, fotoşəkilin ilkin transkriptini təmsil edir.