Buraxılış və qəbul imtahanlarına qanunsuz texniki vasitələrin keçirilməsində təqsirləndirilən Kamran Əsədov və Gündüz Abbasovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.Oxu24.com-un məlumatına görə, bu gün Gəncə Şəhər Məhkəməsində hakim Elçin Məmmədovun sədrliyi ilə keçirilən prosesdə hər iki təqsirləndirilən şəxsin vəkili iştirak etməyib.Hakim təqsirləndirilən şəxslərə xəbərdarlıq edərək bildirib ki, müdafiəçiləri növbəti prosesdə iştirak etməyəcəyi təqdirdə onlar dövlət hesabına vəkillə təmin ediləcəklər.Məhkəmənin növbəti iclası 30 oktyabra təyin edilib.