Mühafizəçi işlədiyi şirkəti qarət etdi

Sumqayıtda şirkətdən oğurluq edən şəxs saxlanılıb.

Bu barədə Daxili İşlər Nazirliyindən məlumat verilib.

Sumqayıt şəhəri ərazisində yerləşən şirkətlərin birindən 1750 manat dəyərində naqil və digər metal qurğular oğurlanıb. Polisin keçirdiyi tədbirlərlə əməli törədən əvvəllər məhkum olunmuş F.Nəbiyev müəyyən edilərək saxlanılıb.

Araşdırmalarla onun həmin şirkətdə mühafizəçi işlədiyi müəyyən olunub.

Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.