Naxçıvan Muxtar Respublikasının Sədərək rayonunda güclü dolu yağışı müşahidə olunub.
Report-a istinadla, ərazidə yağan dolu nəticəsində torpaq sahələri ağ örpəyə bürünüb. Təbiət hadisəsi zamanı ərazidə görünüş məsafəsi də azalıb.
Dolu yağışının Sədərək rayonunda hər hansı fəsada səbəb olub-olmadığı barədə hələlik məlumat yoxdur.
Qeyd edək ki, ölkə ərazisində hava şəraitinin kəskin dəyişəcəyi ilə bağlı əvvəlcədən xəbərdarlıq edilib.