37 yaşlı yeni icra başçısı kimdir?

Xəbər verdiyimiz kimi, Orxan Fərmayıl oğlu Məmmədov Prezident İlham Əliyevin sərəncamı ilə Yardımlı Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.

Metbuat.az 37 yaşında icra başçısı təyin edilən Orxan Məmmədov barədə məlumatları təqdim edir.

Orxan Məmmədov Azərbaycan Dövlət İqtisad Universitetini (UNEC) və Bakı Dövlət Universitetinin Hüquq fakültəsini bitirib. O, həmçinin Dövlət İdarəçilik Akademiyasında magistr təhsili alıb.

O.Məmmədov bundan əvvəl Yasamal Rayon İcra Hakimiyyəti başçısının müavini olub. O, həmin qurumda hüquq şöbəsinin müdiri vəzifəsində də çalışıb.

Qeyd edək ki, Yardımlının əvvəlki icra başçısı Ayaz Əsgərov sentyabrın 15-də imzalanan sərəncamla vəzifəsindən azad edilib. O, doqquz ildən çox rayona rəhbərlik edib.