Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyevin Sərəncamı ilə Orxan Məmmədov Yardımlı Rayon İcra Hakimiyyətinin başçısı təyin olunub.
Ölkə.az yeni icra başçısı ilə bağlı maraqlı məlumatları təqdim edir.
O.Məmmədov bu təyinata qədər Yasamal Rayon İcra Hakimiyyəti başçısının müavini vəzifəsində işləyib.
37 yaşlı məmur daha əvvəl Cəbrayıl Rayon İcra Hakimiyyəti başçısı Aparatının hüquq şöbəsinin müdiri vəzifəsində çalışıb.
Yeni icra başçısı Bakı Dövlət Universitetinin hüquqşünaslıq fakültəsininin məzunu, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının magistrantıdır.
O, Məmmədov evlidir, bir övladı var.