Enrike Yamala qarşı xüsusi plan hazırlayıbmış

PSJ-nin baş məşqçisi Luis Enrike Çempionlar Liqasının üçüncü tur matçında “Barselona”nın hücumçusu Lamin Yamala qarşı xüsusi plan hazırlayıbmış.

Parislilərin start heyətinə sürpriz şəkildə əlavə edilən müdafiəçi Lyuka Ernandes ispan məşqçinin planında əsas rol oynayıb.

“RMC Sport”un məlumatına görə, Ernandes meydana çıxacağını yalnız oyunöncəsi brifinq zamanı bilib. Luis Enrike oyunçudan Yamala qarşı mümkün qədər sıx oynamasını və ona əvvəldən boş yerə sahib olmayacağını açıq şəkildə başa salmasını tələb edib.

Xatırladaq ki, 20 oktyabrda PSJ “Barselona”nı 4-2 hesabı ilə məğlub edib. Ernanded bir qol vurub.