Büdcə təşkilatları cari maliyyədən çox, sektorun inkişafına köklənməlidir.
Bunu Maliyyə Nazirliyinin Aparatının Nəticəəsaslı büdcə siyasəti şöbəsinin müdiri İlham Kərimov Bakıda keçirilən "Rəqəmsal Maliyyə Ekosistemi: İdarəetmədə Yeni Mərhələ" adlı konfransda bildirib.
İ.Kərimov strategiya və planlaşdırma məsələsinin əsas ön planda dayanmalı olduğunu diqqətə çatdırıb:"Büdcədən maliyyələşən təşkilatlar hansı nəticələrə və hansı hədəflərə nail olunmalıdırsa, onlari göz önünə qoymalıdır və ona uyğun büdcə tutmalıdırlar".
Onun sözlərinə görə, rəqəmsallaşma da önəmlidir: "Mən istərdim ki, çox qısa zamanda büdcə xərclərini 100 % rəqəmsallaşdıraraq. Buna böyük əmək sərf olunur".