Yardımlıya icra başçısı təyin olundu – Sərəncam

Orxan Fərmayıl oğlu Məmmədov Yardımlı Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.

Bu barədə Prezident İlham Əliyev Sərəncam imzalayıb.

Qeyd edək ki, Yardımlı RİH başçısı Ayaz Əsgərov bu ilin sentyabrında vəzifəsindən azad olunmuşdu. O, 2016-cı ildən sözügedən vəzifəni icra edirdi.