Prezident Orxan Məmmədovu icra başçısı təyin edib
Orxan Fərmayıl oğlu Məmmədov Yardımlı Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.
Prezident İlham Əliyev bu barədə Sərəncam imzalayıb.
Qeyd edək ki, hazırda 37 yaşı olan Orxan Məmmədov Azərbaycan Dövlət İqtisad Universitetində, o cümlədən Bakı Dövlət Universitetinin hüquqşünaslıq fakültəsində təhsil alıb.
Bundan əlavə, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının magistrantı olub.
Orxan Məmmədov bir müddət Yasamal Rayon İcra Hakimiyyəti başçısı Aparatının hüquq şöbəsinin müdiri vəzifəsində çalışıb. Ötən ilin martında isə Yasamal Rayonu İcra Hakimiyyəti başçısının müavini təyin olunub.