Möhtərəm cənab Prezident!

Sizi Kəlbəcərli şəhid ailələri adından və şəxsən öz adımdan ən səmimi duyğularla salamlayır, dövlətimizin qüdrətlənməsi və xalqımızın rifahı naminə apardığınız müdrik daxili və xarici siyasətdə Sizə yeni-yeni uğurlar arzulayıram.

Bu yaxınlarda yüksək fəallıq və uğurla başa çatan VIII Qurultayımız təşkilatımızın gələcək fəaliyyət istiqamətlərinin müəyyən olunmasında və qarşıya qoyulmuş strateji hədəflərə çatmaqda mühüm tarixi mərhələyə çevrilmişdir. Qurultayın yüksək səviyyədə təşkili, nümayəndələrin sərbəst və demokratik mühitdə öz iradələrini ifadə etməsi üçün yaradılmış geniş imkanlara görə Sizə dərin minnətdarlığımızı bildiririk.

Vətənimizin ərazi bütövlüyü, dövlətimizin, müstəqilliyimizin qorunması uğrunda şəhid olmuş igid Azərbaycan övladlarının xatirəsinin əbədiləşdirilməsi ilə bərabər, onların ailələrinin sosial müdafiəsinin gücləndirilməsi üçün aparılan ardıcıl işlər Sizin şəhidlərimizin ruhuna sonsuz ehtiram hissinizdən, şəhid ailələrinə böyük qayğınızdan irəli gəlir.

Əziz Prezidentimiz, buna görə Sizə təşəkkür edir və Müstəqil Azərbaycanın fıravanlığı naminə apardığınız siyasətinizdə uğurlar arzulayırıq.

Tanrı Sizə yar olsun!

Dərin ehtiram və hörmətlə,

Şirinov Muğan, şəhid atası

Azərbaycan Respublikası, Kəlbəcər rayonu.