Möhtərəm cənab Prezident!

Yeni Azərbaycan Partiyasının VIII qurultayında etdiyiniz tarixi və proqram xarakterli çıxışınız partiya üzvü və keçmiş məcburi köçkün kimi məni də qururlandırdı.

Sizin qətiyyətli siyasətiniz, xalqımıza qazandırdığınız tarixi Zəfər və doğma torpaqlarımıza qayıdışımız hər birimizdə böyük fəxarət hissi yaradır.

Sizi bu əlamətdar hadisə münasibətilə səmimi-qəlbdən təbrik edir, ölkəmizin tərəqqisi və xalqımızın rifahı naminə fəaliyyətinizdə yeni uğurlar arzulayıram.

Dərin hörmətlə,

Heydərov Sərdar

Azərbaycan Respublikası, Kəlbəcər rayonu.