Azərbaycanla sülh sazişinin mümkün qədər tez imzalanması Ermənistanın əsas vəzifələrindən biridir.
Bunu Ermənistanın Baş naziri Nikol Paşinyan hökumətin iclasında deyib.
“Bizim vəzifəmiz sülh sazişini mümkün qədər tez imzalamaqdır. Onun 2031-ci ilə qədər, hətta 2029-cu ilə qədər təxirə salınması planlarımızda yoxdur. Bu, sadəcə müəyyən vaxt aparacaq prosesdir”, - Paşinyan bildirib.