Böyük Qayıdış çərçivəsində Xocalı və Ağdərə rayonlarının 7 yaşayış məntəqəsinə daha 44 ailə yola salınıb.
Xocalı şəhərinə və rayonun Badara, Ballıca, Daşbulaq, Xanyurdu, həmçinin Ağdərə rayonunun Vəngli və Heyvalı kəndlərinə növbəti qayıdış həyata keçirilib.
Bu mərhələdə Xocalı şəhərinə 4 (23 nəfər), Ballıcaya 5 (27 nəfər), Badaraya 3 (7 nəfər), Daşbulağa 1 (2 nəfər), Xanyurduna 2 (5 nəfər), Vəngliyə 6 (29 nəfər), Heyvalıya isə 23 ailə (83 nəfər) olmaqla ümumilikdə 44 ailənin (176 nəfər) daimi qayıdışı təmin olunub.