Ağdərə sakini: 11 yaşımda tərk etdiyim Vəngli kəndinə yenidən qayıtmaq çox qürurvericidir

Ağdərə sakini Mahir Əsədov 11 yaşında tərk etdiyi Vəngli kəndinə yenidən qayıtmağın onun üçün qürurverici olduğunu deyib.

O, "Report"un Qarabağ bürosuna açıqlamasında məcburi köçkünlük həyatından sonra doğma kəndə qayıtmağın sevincini yaşadıqlarını vurğulayıb.

"Uzun illər həsrətini çəkdiyimiz yurdumuza döndük. Çox sevincli, həm də həyəcanlıyıq. Kəndimiz işğal olunanda 11 yaşım vardı. Vənglinin işğal altında olduğu dövrdə bir sıra rayonlarda məskunlaşmalı olduq. Şükür, artıq öz evimizdəyik. Bizə bu qüruru yaşadan şəhidlərimizə Allahdan rəhmət diləyirəm", - o bildirib.