Sovet dövründən qalma binalar yeniləniləcək

Sovet dövründən qalma köhnə tikinti materiallarını və onların müvafiq qeyri-optimal standartlarını nəzərə alaraq, dekarbonizasiyaya nail olmaq üçün yüksək enerji səmərəliliyi standartlarına cavab verən yüksəkperformanslı izolyasiya materiallarının quraşdırılması tələb olunacaq.

Sözügedən məsələ “Azərbaycanın Uzunmüddətli Aşağıkarbonlu İnkişaf Strategiyası” sənədində əksini tapıb.

Sənəddə qeyd olunub ki, istilik təchizatı və soyutma sistemlərinin enerji səmərəliliyini artırmaq üçün adekvat izolyasiya tələb olunur.

2060-cı ilə qədər bütün mövcud və yeni binaların optimal izolyasiyaya malik olması gözlənilir.

Buna qabaqcıl istilik izolyasiyası və ikiqat şüşəli pəncərələr kimi yüksəkperformanslı izolyasiya materiallarının quraşdırılması ilə nail olunacaq.

Təkmilləşdirilmiş izolyasiyanın istilik və soyutma enerjisinə tələbatı azaldacağı və xalis sıfır emissiyalarına əhəmiyyətli dərəcədə töhfə verəcəyi gözlənilir.