Fransada 4 nəfər öldü

Bu həftənin əvvəlində Fransanın cənub-şərqindəki Buş-dü-Ron prefekturasında baş verən şiddətli yağışlar nəticəsində ölənlərin sayı dördə çatıb və itkin düşmüş bir nəfərin axtarışı davam edir. Xarici mediaya istinadən, Lanson-Provans şəhərindəki bir evin zirzəmisində 86 və 26 yaşlı iki qadının cəsədi tapılıb.İstres şəhərində daşqınlar nəticəsində axan 75 yaşlı kişi də ölü tapılıb.Prefekturada itkin düşmüş bir nəfərin axtarışı davam edir.Şiddətli yağışlar Fransanın cənub-şərqindəki yeddi prefekturada ciddi maddi ziyana səbəb olub.20 oktyabrda Buş-dü-Ronun Sen-Mitre-le-Rempart şəhərində axtarış-xilasetmə əməliyyatları zamanı bir nəfərin cəsədi tapılıb.Jalə