"Mançester Yunayted"in keçmiş hücumçusu Ueyn Runi komandanın məğlubiyyətinə yumoristik reaksiya verib.
“Yunayted”in Çempionlar Liqasının üçüncü turunda "Komo"ya 1:4 hesabı ilə məğlub olmasından sonra Runi sosial mediada bir şəkil paylaşıb.
Şəkil iki hissəyə bölünüb. Solda 2024-cü ildə “Plimut” komandasının baş məşqçisi kimi Runi təsvir olunub. Sağda isə “komo”ya məğlubiyyətdən sonrakı Runi təsvir olunub.
Hücumçu fotoya "Mançester Yunayted"i izləyərkən və "Mançester Yunayted"i izləməyi dayandıranda mən" şərhini yazıb. O, əlavə edib ki, görüntü süni intellekt tərəfindən yaradılıb.