"Azərbaycanın Uzunmüddətli Aşağıkarbonlu İnkişaf Strategiyası" sənədi təsdiq edilib.
Baş nazir Əli Əsədov bununla bağlı qərar imzalayıb.
Qrəara əsasən, Strategiyada qeyd olunan "xalis sıfır emissiya" hədəfinə nail olunması məqsədilə İqtisadiyyat Nazirliyi ölkə iqtisadiyyatının sahələri üzrə dekarbonlaşma tədbirlərinin müvafiq dövlət proqramları və strategiyalarına, milli fəaliyyət planlarına və digər sənədlərə inteqrasiyasını aidiyyəti qurumlarla əlaqələndirməklə təmin etməlidir.
Maliyyə Nazirliyinə bu qərarın 3-cü hissəsi nəzərə alınmaqla, müvafiq dekarbonlaşma tədbirlərinin maliyyələşdirilməsini təmin etmək tapşırılıb.
Qərarla təsdiq edilmiş Strategiyada nəzərdə tutulmuş 2060-cı ilədək "xalis sıfır emissiya" hədəfinə (şərtli hədəfə) nail olunmasının əlavə maliyyə resurslarının (beynəlxalq əməkdaşlıq və maliyyə dəstəyi, texnologiyaların ötürülməsi, güzəştli kreditlər, özəl sektor investisiyaları) cəlb edilməsindən asılı olacağı nəzərə alınmalıdır.