Keçmiş tank komandiri VƏFAT ETDİ - FOTO

Birinci Qarabağ müharibəsinin qazisi, ehtiyatda olan baş leytenant Ərzuman Rüstəmov vəfat edib.

Bu barədə onun yaxınları məlumat verib.

Müharibə veteranı 58 yaşında dünyasını dəyişib.

Qeyd edək ki, Ə.Rüstəmov 1968-ci ildə Lənkəranda doğulub. Birinci Qarabağ müharibəsində tank bölüyünün komandiri olub. Döyüşlərin birində ağır yaralanıb. Hər iki ayağı şikəst olmuşdu, sərbəst hərəkət edə bilmirdi.

O, bir neçə il əvvəl ürəyindən əməliyyat keçirmişdi.