MİNGƏÇEVİR, 22 oktyabr. TELEQRAF
Mingəçevirdə avtobus minik avtomobili ilə toqquşub.
Hadisə çimərlik yolu istiqamətində baş verib.
Minik maşını ilə avtobusun toqquşması zamanı yaranan qəzada müxtəlif bədən xəsarətləri alan 1964-cü il təvəllüdlü Valeh İbrahimov və 1982-ci il təvəllüdlü Afiq Məsimov xəstəxanaya çatdırılıb.
Faktla bağla araşdırma aparılır.