Çempionlar Liqasında vəziyyət…

UEFA Çempionlar Liqasının 2026-2027 mövsümündə liqa mərhələsinin üç turu oynanıb, önə çıxan beş komanda 9, iki komanda 7, altı komanda 6, bir komanda 5, dörd komanda 4 xal yığıb.

Medianews.az bildirir ki, reqlamentə görə, 36 komandanın yer aldığı səkkiz turluq raundda ilk 8 pilləni tutanlar 1/8 finala, 9-24-cü pillələri tutanlar 1/16 finala çıxır.

Azərbaycan təmsilçisi “Sabah” 3 xalla 25-ci yerdədir. Daha on iki komanda 3 xal götürüb.

Xallar bərabər olanda top fərqi, vurulan topların sayı, səfərdə vurulan topların sayı, qələbə sayı, səfər qələbələrinin sayına baxılır.

Sentyabrın 8-də başlamış liqa mərhələsi yanvarın 27-də bitəcək. 1/16 final 16-24 fevrala, 1/8 final 9-17 marta, dörddə bir final 6-14 aprelə, yarımfinal 27 aprel-5 maya təyin olunub.

Finala iyunun 5-də Madrid ev sahibliyi edəcək.

55 üzvü olan UEFA-nın klub reytinqində Azərbaycan 24-cü pillədədir.

Reytinq klub turnirlərinin son beş mövsümündə qazanılan əmsallara əsaslanır. Təsnifat mərhələlərində qələbə 1 xal, heç-heçə yarım xal, sonrakı raundlarda qələbə 2 xal, heç-heçə 1 xaldır. Liqa mərhələsindən finala qədər bonus xalları da var. Toplanan xallar qitə turnirlərinə vəsiqə almış ölkə klublarının sayına bölünür və mində bir dəqiqliklə əmsal çıxarılır.

Azərbaycan bu mövsüm 5,625 əmsal əldə edib.