Paxla yaz-yay aylarında süfrələrimizin ən sevilən qidalarından biri hesab olunur. Zülal, lif, vitamin və mineral baxımından zəngin olan bu məhsul çoxlarının gündəlik qidasında yer alır. Lakin tibb mütəxəssisləri xəbərdarlıq edir ki, hər kəs üçün faydalı sayılan bəzi qidalar müəyyən xəstəliyi olan insanlar üçün ciddi təhlükə yarada bilər. Paxla da məhz belə qidalardandır və bəzi şəxslər üçün onun istifadəsi həyati risklə nəticələnə bilər.Hematoloq-pediatr Mir Eldar Məmmədov mövzu ilə bağlı Oxu24.com-a açıqlamasında bildirib ki, paxla yemək bir qrup insanlar üçün qadağan olunub və ya zərərlidir. Onun sözlərinə görə, bu qrupa ilk növbədə qırmızı qan hüceyrələrində, yəni eritrositlərdə qlükoza-6-fosfat dehidrogenaza adlı ferment çatışmazlığı olan şəxslər daxildir.Mütəxəssis qeyd edib ki, həmin ferment eritrositlərin normal fəaliyyətinin və zədələnmədən qorunmasının təmin olunmasında mühüm rol oynayır. Fermentin çatışmazlığı olduqda isə qırmızı qan hüceyrələri müxtəlif xarici təsirlərə qarşı həssas olur və asanlıqla dağılır.Hematoloq vurğulayıb ki, bu ferment çatışmazlığı olan şəxslər paxla yedikdən sonra qırmızı qan hüceyrələrinin sürətlə parçalanması, yəni kəskin hemoliz halı ilə üzləşə bilərlər. Bu isə öz növbəsində kəskin qan parçalanmasına və anemiyaya səbəb olur.E.Məmmədovun sözlərinə görə, paxla yedikdən sonra belə vəziyyət yaşayan insanlar bu məhsulu qidalarından mütləq çıxarmalıdırlar. Çünki hər dəfə paxla istifadəsi qan göstəricilərinin kəskin pisləşməsinə və ümumi vəziyyətin ağırlaşmasına yol aça bilər.Mütəxəssis xüsusi olaraq bildirib ki, qlükoza-6-fosfat dehidrogenaza fermenti çatışmazlığı olan şəxslərə ömürlük paxla yemək qadağandır. Onun sözlərinə görə, bu çatışmazlıq anadangəlmə xarakter daşıdığı üçün zamanla aradan qalxmır və ya müalicə ilə tamamilə düzəldilmir. Buna görə də həmin şəxslər paxlanı həyatları boyu qidalarından kənarlaşdırmalıdırlar. Hematoloq əlavə edib ki, bu qadağa yalnız uzun müddətli istifadəyə deyil, az miqdarda qəbula da aiddir, çünki hemoliz kiçik miqdarda yeyildikdə də başlaya bilər.M.Məmmədov vətəndaşlara tövsiyə edib ki, paxla yedikdən sonra halsızlıq, dəridə və gözün ağ qişasında saralma, tünd rəngli sidik, baş gicəllənməsi və ürək döyüntüsünün sürətlənməsi kimi əlamətlər müşahidə olunarsa, gecikmədən həkimə müraciət edilsin. Onun sözlərinə görə, belə hallar qan hüceyrələrinin parçalanmasının əlaməti ola bilər və tibbi yardım tələb edir. Xüsusilə uşaqlarda bu cür əlamətlərə diqqətlə yanaşmaq vacibdir, çünki onlarda vəziyyət daha sürətlə ağırlaşa bilər.Hematoloq əlavə edib ki, ferment çatışmazlığının olub-olmadığını laborator müayinə vasitəsilə müəyyən etmək mümkündür. Onun fikrincə, ailəsində qan xəstəlikləri olan, əvvəllər paxla yedikdən sonra qeyri-adi əlamətlər yaşayan və ya şübhəsi olan şəxslər müayinədən keçməlidir. Vaxtında diaqnoz qoyulması həm ciddi fəsadların qarşısını almağa, həm də qidalanma rejimini düzgün qurmağa imkan verir.Jalə
Bu gün
244 xəbər bu gün
Amerikalı sahibkar və dünyanın ən varlı şəxsi İlon Mask ABŞ Konqresinə aralıq seçkilər çərçivəsində Respublikaçılar Partiyasının seçki kampaniyasına 445 milyon dollardan çox vəsait ayırıb. Bu barədə "Bloomberg" agentliyi…
Bakıda kişi şalvarını ütüləmədiyi üçün həyat yoldaşını döyüb.
ABŞ dövlət katibi Marko Rubio növbəti prezident seçkilərində iştirakı ehtimalı ilə bağlı sualı cavablandırmaqdan imtina edib.
İngiltərənin “Arsenal” futbol klubu 2026-cı ilin dünya çempionu Aleks Baenanı transfer etmək üçün yenidən hərəkətə keçib. London təmsilçisi Madrid “Atletiko”sunun 25 yaşlı cinah…
https://weather.day.az/
Oktyabrın 23-də Yasamal Rayon Enerji Təchizatı və Satışı İdarəsinə (RETSİ) daxil olan Transformator Məntəqəsində (TM) təmir, 10 kV-luq hava xətləri üzrə isə naqillərin yenilənməsi işləri aparılacaq. Bu barədə "Azərişıq"…
Macarıstan hökumətindən konkret siqnalların olmaması səbəbindən "Pakş-2" atom elektrik stansiyasının (AES) tikintisi layihəsinin tamamilə dayandırılması ehtimalı mövcuddur. Bunu Rusiyanın layihə üzrə işləri həyata…
ABŞ prezidenti Donald Tramp Ukrayna münaqişəsinin başa çatmaq mərhələsinə yaxınlaşdığını düşündüyünü bildirib
ABŞ Maliyyə Nazirliyi Venesuelanı ölkənin investisiyalarına ciddi məhdudiyyətlərin tətbiq olunduğu ölkələr siyahısından çıxarmaq niyyətindədir
Realın qapıçısı Tibo Kurtua İspaniya klubu ilə yeni müqavilə imzalayacağını təsdiqləyib. Bu barədə belçikalı qolkiper Leyptsiqlə UEFA Çempionlar Liqası matçından (4:1) sonra Madrid Universala açıqlamasında bildirib. 34 y
Robert Köçəryanın işi üzrə 12 saatdan çox davam edən məhkəmə prosesi başa çatıb... Ermənistanın terrorçu eks-prezidenti, Xocalı və 1 Mart canis Robert Köçəryanın barəsində qətimkan tədbirinin seçilməsi ilə bağlı vəsatətə…
Fransada başlayan və İtaliya da daxil olmaqla digər Avropa ölkələrinə yayılan sosial etirazların bu payız və qış aylarında Avropa İttifaqında genişmiqyaslı iğtişaşlara səbəb ola…
O, stadionda rəqiblərini geridə qoyurdu. Lakin qazandığı qələbələrin mənası finiş xəttini keçməkdən daha böyük idi. 1936-cı ildə Berlin Olimpiadasında bir qaradərili atlet dünyanın diqqətini üzərinə çəkdi. Nasist…
Finlandiya və Ukrayna ümumi dəyəri 300 milyon avro olan yeni yardım paketi də daxil olmaqla yeddi sənəd imzalayıblar.
Oktyabrın 23-də Yasamal Rayon Enerji Təchizatı və Satışı İdarəsinə (RETSİ) daxil olan Transformator Məntəqəsində (TM) təmir, 10 kV-luq hava xətləri üzrə isə naqillərin yenilənməsi işləri aparılacaq. Bu barədə "Azərişıq"…
Sadiq Akyar
Almaniya alimləri insan hüceyrələrinin gənclik vəziyyətinə necə qayıtdığını ətraflı şəkildə öyrənmək məqsədilə gəncləşmə prosesini 100 gündən çox müddətə uzatmağın yolunu kəşf ediblər. Tədqiqat zamanı mütəxəssislər 80…
Bu gün Yasamal Rayon Enerji Təchizatı və Satışı İdarəsinə (RETSİ) daxil olan Transformator Məntəqəsində (TM) təmir, 10 kV-luq hava xətləri üzrə isə naqillərin yenilənməsi işləri…
Londonun ICE birjasında "Brent" markalı neftin dekabr fyuçerslərinin qiyməti 2026-cı il mayın 5-dən bəri ilk dəfə bir barel üçün 114 dolları ötüb. Bu barədə hərracların nəticələri göstərir. Bakı vaxtı ilə saat 05:52-yə…
İlon Maskın "SpaceX" şirkəti ABŞ-də ən azı 80 min mobil rabitə qülləsini icarəyə götürmək istəyir. Bu barədə "Bloomberg" agentliyi mənbələrə istinadən məlumat yayıb. Məlumata görə, "SpaceX" bir neçə şirkətlə, o cümlədən…
Xarici İşlər Nazirliyində (XİN) Azərbaycan Milli Müdafiə Universitetinin Strateji araşdırmalar və dövlət müdafiəsini idarəetmə akademik kursunun iştirakçıları ilə görüş keçirilib. Bu barədə XİN-dən bildirilib. Məlumata g
В Хырдалане наблюдается снижение цен на квартиры. Одной из основных причин стали транспортные проблемы, из-за которых жители тратят много времени на дорогу до работы и учебных заведений. Как передает Day.Az, по словам…
FIFA yetkinlik yaşına çatmayanlara qarşı cinsi zorakılıqda təqsirləndirilərək 20 il müddətinə diskvalifikasiya olunmuş konqolu məşqçi Conatan Bukabakvanın futboldan kənarlaşdırılma müddətini 2048-ci ilə qədər uzadıb.
İsrail hərbçiləri ABŞ-ın vasitəçiliyi ilə Səudiyyə Ərəbistanına Yəməndəki üsyançı
ABŞ Prezidenti Donald Tramp məşhur amerikalı basketbolçu Lebron Ceymsin dövlət himni oxunarkən nümayiş etdirdiyi davranışı kəskin tənqid edib və onun üzr istəməli olduğunu bildirib.
Astroloqların proqnozlarına görə, Əkizlər, Qız və Oxatan bürclərini qarşıdakı altı ildə mühüm dəyişikliklər gözləyə bilər. Uranın Əkizlər bürcünə keçidi ilə əlaqələndirilən bu dövr yeni imkanlar, fərqli qərarlar və…
ABŞ Prezidenti Donald Tramp yanacağın yüksək qiymətləri fonunda ölkənin neft sənayesinə dəstək vermək üçün Koreya müharibəsi (1950–1953) dövründə qəbul edilmiş hərbi istehsal haqqında…
İngiltərənin "Mançester Yunayted" klubunun portuqaliyalı yarımmüdafiəçisi Brunu Fernandeşin evi Çempionlar Liqasının Liqa mərhələsində İtaliyanın "Komo" komandası ilə keçirilən oyun zamanı qarət olunub. Modern.az bu…
Kipr Polisinin nümayəndəsi parlament komitəsinin iclasında istintaqım 2003-2006-cı illərdə baş verən hadisələrlə bağlı olduğunu deyib. Cinayətkarlıqla Mübarizə Departamentinin direktor müavini Andreas Anastasiadisin…