"SpaceX" ABŞ-də ən azı 80 min mobil rabitə qülləsini icarəyə götürmək istəyir

İlon Maskın "SpaceX" şirkəti ABŞ-də ən azı 80 min mobil rabitə qülləsini icarəyə götürmək istəyir.

Bu barədə "Bloomberg" agentliyi mənbələrə istinadən məlumat yayıb.

Məlumata görə, "SpaceX" bir neçə şirkətlə, o cümlədən ölkənin əsas mobil rabitə qülləsi sahiblərindən biri olan "Crown Castle" ilə danışıqlar aparır. Mümkün sövdələşmələrin dəyəri milyardlarla dollar təşkil edə bilər.

"Bloomberg" qeyd edir ki, bu infrastrukturdan istifadə ilə bağlı razılaşmaların əldə olunması ABŞ-də dördüncü ən böyük simsiz rabitə operatoruna çevrilməyi hədəfləyən "SpaceX"in mövqelərini gücləndirəcək.