Bu gün futbol üzrə ölkə çempionatının 1-ci liqasında 6-cı tura start verilib.
Ilk oyun günündə "Şahdağ Qusar" "Səbail"i, "Mingəçevir" "Xankəndi"ni 1:0 hesabı ilə məğlub edib.
Premyer-liqa uğrunda mübarizə aparan komandaların - Qusar və Səbail təmsilçilərinin duelini izləyənlər arasında millimizin baş məşqçisi Ayxan Abbasov da olub.
Xatırladaq ki, 6-cı tura sabah keçiriləcək qarşılaşmalarla yekun vurulacaq.