“ABŞ danışıqlarda və Hörmüz boğazının açılmasında dürüstdürsə, İran tərəfindən irəli sürülən şərtləri yerinə yetirməlidir”.
Bunu İran xarici işlər naziri Abbas Əraqçi deyib.
“Cavabımız aydındır. Planımızı ABŞ-yə təqdim etmişik. Danışıqların irəli aparılmasında və Hörmüz boğazının açılmasında dürüstdürlərsə, hər şeyin qaydasına düşməsi üçün şərtlərimizi yerinə yetirsinlər. Hamı bilir ki, biz təslim olmayacağıq”, - Əraqçi qeyd edib.